Elektron ədəbiyyat və sənət portalı

Məşhur Qarabağ atları Fransa xəbər portalında

Bölmə: Xəbər 06.04.2022

Fransanın “La Gazette” xəbər portalı Dövlət Tərcümə Mərkəzinin  ölkədə elan olunmuş “Şuşa ili” münasibətilə fransız dilində hazırladığı “Qarabağ atları məqaləsinin yayınına başlayıb.

Məqalənin müəllifi – tanınmış jurnalist, tarix üzrə fəlsəfə doktoru Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi – Mərkəzin fransız dili mütəxəssisi Fərhad Tağızadədir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “La Gazette” portalı mütəmadi olaraq səhifələrində beynəlxalq aləmdə cərəyan edən ictimai-siyasi proseslər, elm, siyasət və mədəniyyət hadisələri ilə bağlı xəbər və materialları işıqlandırır.