Elektron ədəbiyyat və sənət portalı

Müharibə haqqında aforizmlər

Bölmə: Azad ərazi 18.04.2022

 

“Aydın yol” məşhur insanların müharibə haqqında aforizmlərini təqdim edir.

 

“İşğala uğrayan vətən torpaqları sülhlə yox, yalnız savaşla alınar!”

 

 Şeyx Şamil

 

“Yadelli qəsbkarlara qarşı üsyan hər bir xalqın müqəddəs borcudur və bu,yazılmamış bir qanundur”.


 Stendal

 

 “Müharibədən yayınmaq mümkün deyil, onu yalnız düşmən üzərində hər sahədə  üstünlük qazanana qədər təxirə salmaq olar”.

 Nikkolo Makiavelli

 

“Müharibə danışanda, qanunlar susur”.

 Siseron

 

“Müharibə zamanı ən əsas və əhəmiyyətli olan sürətdir”.

 Lao Tszı

 

“Sülh bəşəriyyətin xilası, müharibə isə cinayətidir”.

 Viktor Hüqo

 

“İstənilən sərkərdəyə müharibəni elan etmək olar, sülh isə yalnız ləyaqətli insanlarla bağlanmalıdır”.

 Sultan Fateh Mehmet

 

“Müharibə qadınlara və kişilərə eyni dərəcədə təsir göstərir: sadəcə kişilərin  qanını, qadınların isə göz yaşlarını axıdır…”

 Uilyam Tekkerey

 

 

“Azadlıq uğrunda istənilən müharibə müqəddəsdir, işğalçılıq isə lənətə layiqdir”.

 J.Lakorder

 

“Hərbi qüvvələr arasındakı nisbət ölkənin müdafiəsi üçün kifayət olmasa belə, özünü müdafiə edən xalq məğlubedilməzdir”.

 Napoloen Bonapart

 

“Böyük qarşıdurmalar qətnamə və danışıqlarla deyil, silah və qanla həll edilir”.

***

“Hər millət taleyi üçün öz qılıncına güvənməlidir”.

 Otto fon Bismark

 

“Mən sülh uğrunda müharibə etmək istəyirəm”.

 Albert Eynşteyn

 

“Bütün müharibələrdə qələbə ilk əvvəl insan şüurunda qazanılır”.

 Janna Dark