Elektron ədəbiyyat və sənət portalı

Nüsrət Kəsəmənli yaradıcılığı Gürcüstan ədəbiyyat portalında

Bölmə: Xəbər 17.05.2022

   Gürcüstanın populyar “1 TV. Eleqtroliti” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Nüsrət Kəsəmənlinin gürcü dilinə tərcümə olunmuş “Biri vardı, biri yox”, “Köhnə və təzə”, “Qar kimi”, “Paradoks”, “Kirayə yataq”, “Göndərilməyən məktub” və “Dörddivar mənzillərdə” şeirlərinin yayınına başlayıb.   

   Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin gürcü dilinə tərcümə müəllifi – tanınmış şair-tərcüməçi İmir Məmmədlidir.

   Qeyd edək ki, Gürcüstan İctimai Televiziya və Radio Yayımları Şirkətinin elektron portalı “1 TV. Eleqtroliti” mütəmadi olaraq səhifələrində Ömər Xəyyam, Cəlaləddin Rumi, Pol Verlen, Artur Rembo, Filip Dik, Tomas Vulf, Rolf Lappert, Peter Handke, Lev Rubinşteyn, Con Maksvell Kutzee kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.