“Aydın yol” görkəmli fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” romanı haqqında 12 maraqlı faktı təqdim edir.
1.Müəllif “Balaca şahzadə” romanını vətəni Fransanın alman nasistləri tərəfindən işğal edildiyi illərdə qələmə alıb.
2.Roman Fransada 1945-ci ildə – yazıçının ölümündən bir il sonra nəşr edilib.
3.Dünyada ən çox tərcümə olunan əsərlərdən biri kimi 363 dilə çevrilib.
4.Əsər 12 dəfə ekranlaşdırılıb.
5.Məşhur alman filosofu Martin Haydegger “Balaca şahzadə” romanını XX əsrin ən yaxşı bədii əsəri hesab edirdi.
6.Kitabdakı bütün illüstrasiyalar yazıçıya məxsusdur.
7.Fransa avroya keçməzdən öncə, 50 Fransa frankının üzərində Balaca şahzadənin və Ekzüperinin şəkli yer alıb.
8.Yaponiyanın Hakone şəhərində “Balaca şahzadə” adlı muzey fəaliyyət göstərir.
9.Cənubi Koreyanın Qyeongi şəhərində isə romanın şərəfinə “Balaca şahzadə” adlandırılan bir kənd var. Həmin muzey və kənd turistlərin ən çox ziyarət etdikləri məkanlardandır.
10.Yazıçının doğulduğu Lion şəhərinin aeroportu Ekzüperinin adını daşıyır.
11.Kitabda yalnız romanın baş qəhrəmanı olan pilotun illüstrasiyası yoxdur.
12.Əsərin əlyazma variantı 1000 səhifə olub.