Elektron ədəbiyyat və sənət portalı

Çarli Çaplin həyat haqqında

Bölmə: Art 10.06.2022

“Aydın yol” XX əsr Amerika kinosunun görkəmli nümayəndəsi, aktyor, rejissor, bəstəkar, kinodramaturq Çarlz Spenser Çaplinin (Çarli Çaplin) həyat haqqında fikirlərini təqdim edir.

 

“Gülüşsüz keçən hər bir gün yaşanmamış gündür”.

                               ***

“Çox düşünüb az duyuruq”.

                                ***

“İnsanın əsl xarakteri sərxoş olanda üzə çıxır”.

                                ***

“Dünya amansızdır. Yaşamaq üçün sən də amansız olmalısan”.

                                ***

“Sözlər həmişə acizdir. Deyə biləcəyimiz ən böyük söz “fil”dir”.

                                ***

 “Niyə hər şeydə məna axtarırıq? Həyat ehtiraslardan ibarətdir”.

                                ***

“İnsanlar imkan versəydi, həyat gözəl olardı”.

                                ***

“İnsan tək qalanda dahidir. Toplum halda bütün bəşəriyyət canavar kimidir –hər yerdə təxribat törədir, vəhşi, qəddar və şüursuz məxluqa çevrilir”.

                                ***

“Tanrı ilə aram çox yaxşıdır. Mən insana qarşı üsyan edirəm”.

                                ***

“Həyata kameranın ümumi planından baxanda komediya, iri planından baxanda isə tragediya kimi görünür”.

                                ***

 “Dərdlərim kimisə güldürə bilər, ancaq gülüşüm heç vaxt kiminsə dərdinə şərik ola bilməz”.

                                ***

“Mənim ən yaxın dostum güzgüdür. Çünki mən ağlayanda o gülmür”.

                                ***

“Bu fani dünyada heç nə əbədi deyil, hətta dərdlərimiz də”.

                                ***

“Əgər həmişə yerə baxırsınızsa, heç vaxt göy qurşağını görə bilməyəcəksiniz”.

                                ***

“Yağışda gəzməyi sevirəm, çünki heç kim göz yaşlarımı görmür”.

                                ***

 “Əsl reallıq tarix kitablarında yox, bədii əsərlərdədir”.

                                ***

“Niyə axı şeirin hansısa bir mənası olmalıdır?”

                                ***

“İnsan yaşadıqca, azadlıq hissi də həmişə var olacaq”.