Türkiyənin “Dibace.net” və “Erikagacioyku.com” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Alik Əlioğlunun türk dilinə uyğunlaşdırılmış “Yad şəhərdə” və “Təklik” şeirlərinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirləri türk dilinə Mərkəzin türk dili üzrə mütəxəssisi Kəmalə Ələkbərova uyğunlaşdırıb.