Qazaxıstanın populyar “Daktil.kz” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində istedadlı şair Nigar Həsənzadənin “В окна стучитесь мои” (“Döyürsünüz pəncərəmi durmadan”), “Хлеб и вода” (“Çörək və su”), “Монолог у зеркала” (“Güzgü qarşısında monoloq”) şeirlərinin və yaradıcılığı haqqında məlumatın yayınına başlayıb.