Avstriyanın “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı yazıçı Svetlana Turanın alman dilinə tərcümə olunmuş “Günəşin insanları” hekayəsinin yayınına başlayıb.
Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifi – Mərkəzin alman dili üzrə mütəxəssisi Məryəm Səmədova, bədii tərcümə redaktoru Avstriyanın tanınmış filoloqu Andreas Kriberdir.
Qeyd edək ki, 2006-ci ildən fəaliyyət göstərən portal, dünyanın müxtəlif ölkələrində yazıb-yaradan gənc, istedadlı müəlliflərin yaradıcılığını işıqlandırır.