Əlcəzairin “Tanca əl-Ədəbiyyə”, Yəmənin “Əqlam mudiə” ədəbiyyat portalları, Suriyanın “Əcyal” elektron ədəbiyyat jurnalı Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun ərəb dilinə tərcümə olunmuş “Qu quşu” hekayəsinin, Türkiyənin “Detayhaberler.com” portalı türk dilinə uyğunlaşdırılmış “Sərçələr” hekayəsinin yayınına başlayıb.
Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayələrin ərəb dilinə tərcümə müəllifi – ərəb dili üzrə mütəxəssis Fərid Camalov, türk dilinə uyğunlaşdıran – türk dili üzrə mütəxəssis Sənan Nağıdır.
https://www.ajeal.net/thoughts/4379 | |
https://aladabia.net/ | |
https://www.facebook.com/ | |
https://www.detayhaberler.com/ |