Elektron ədəbiyyat və sənət portalı

Salam Sarvanın şeirləri Bolqarıstan elektron ədəbiyyat jurnalında

Bölmə: Xəbər 08.07.2022

Bolqarıstanın “Literaturen sviat” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış şair Salam Sarvanın “Yaşayış”, “Vəziyyət”, “Kişi”, “Xətlər”, “Sevgi”, “Kəndirbaz”, “Körpü” şeirlərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin bolqar dilinə tərcümə müəllifi – tanınmış bolqar şairi və tərcüməçisi Dimitr Xristovdur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Literaturen sviat” elektron ədəbiyyat jurnalı müntəzəm olaraq səhifələrində Edqar PoFrans Fyuman, Kostas Kariotakis, Xulio Kortasar, Mario Benedetti, Viktor Xara kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.