“Aydın yol” müəlliflərinin məhbəsdə olarkən qələmə aldığı əsərlərini təqdim edir.
Migel de Servantes – “Lamançlı Don Kixot”
Dahi ispan yazıçısı Migel de Servantes 1568-ci ildə Madriddə duel zamanı qılıncla rəqibini xəsarət yetirir. Buna görə xalqın önündə sağ qolunun kəsilməsi cəzasını alır. Belə ki, həmin dövrdə duel qadağan edilmişdi. Lakin ağır cəzalar tətbiq edilsə də bunun qarşısını almaq mümkün olmurdu. Servantes İtaliyaya qaçaraq1570-ci ildə Kardinal Acquavivaya xidmət edir. Həmin dövrdə Osmanlılar Kipri fəth etmişdi və bu xristian dünyasında narahatlığa səbəb olmuşdu. Papa V Pius türklərə qarşı 1571-ci ildə xaç yürüşünü həyata keçirmək üçün Venesiya, İspaniya və Malta arasında ittifaq qurur. Döyüşlərdə Servantes sol əlini itirir və əsir düşür. Həbsxanada olduğu illərdə isə özünün məşhur “Don Kixot”unu yazır.
Martin Lüter Kinq – “Birminqem həbsxanasından məktub”
Qaradərili insanların hüquqlarının müdafiəçisi, Amerikanın azadlıq rəmzinə çevrilmiş siyasi xadim Martin Lüter Kinq 1963-cü ilin aprel ayında Alabama ştatının Birminqem şəhərində irqi ayrıseçkiliyə və iqtisadi ədalətsizliyə qarşı nümayikaranə etirazına görə həbs olunmuşdu. Həbsdə olarkən isə “Birminqem həbsxanasından məktub” əsərini qələmə almışdı.
Markiz de Sad – “Sodomun 120 günü”
Ömrünün 29 ilini həbsxanada, 13 ilini ruhi xəstəxanada keçirən məşhur fransız yazıçısı Markiz de Sad yaradıcılığının şah əsəri sayılan və nəşri uzun illər, hətta vətəni Fransada da qadağan olunan "Sodomun 120 günü" romanını məhbəs həyatı yaşayarkən qələmə alıb. O, dünya ədəbiyyatının ən qalmaqallı roman müəllifi kimi tanınır.
Daniel Defo – “Rüsvayçılıq dirəyinin himni”
Məşhur ingilis yazıçısı Daniel Defo kilsə xadimlərinin dilindən “Mürtədlərə divan tutmağın ən asan üsulu” adlı pamflet yazır. Kilsə xadimləri əvvəl-əvvəl bu pamfleti müdafiə edirlər. Yazıdakı istehzanı anladıqdan sonra isə hökumət Defonun həbsi barədə göstəriş verir. Məhkəmə onu külli miqdarda cərimələmək və rüsvayçılıq dirəyinə bağlamaq qərarını çıxarır. Əmr yerinə yetirilir. 1703-cü ilin 29, 30, 31 iyulunda Defonu London meydanlarının birində rüsvayçılıq dirəyinə bağlayırlar. Lakin Defo sözün məcazi mənasında bu qarşıdurmadan qalib çıxır. Belə ki, o, hələ həbsdə olarkən "Rüsvayçılıq dirəyinin himni" adlı əsərini yazmışdı. Bu əsər məxfi surətdə əhali arasında geniş yayılmışdı. Defonu rüsvayçılıq dirəyinə bağlayanda meydana toplaşanların çoxu bu əsərin oxucuları idi. Onlar Defonun başına güldən çələng bağlamışdılar. Defo həmin əsərində yazmışdı ki, azadlıq düşmənləri həmişə xalqın mənafeyini müdafiə edənləri əzir, onlara bu cür cəza verirlər.
Ezra Paund – “Pisan Cantos”
Ezra Paund Mussolini rejimini dəstəkləyirdi. Mussolinin qətlindən iki gün sonra o, amerikalı əsgərlərə təslim olmağa cəhd etsə də italyalı partizanlar tərəfindən əsir götürülür. Ardınca Vaşinqtona aparılır və 1943-cü ildə dövlətə xəyanət itihamı ilə həbs olunur. Həbsxanada “Pisan Cantos”u yazır.
Adolf Hitler – “Mənim mübarizəm”
Faşist Almaniyasının rəhbəri Adolf Hitler 1924-cü ildə həbs edilir. 5 illik həbs cəzası alsa da, cəmi 10 ay sonra azadlığa buraxılır. Həbsdə o, “Mənim mübarizəm” adlı kitabının birinci hissəsini yazır.