Qazaxıstanın “adebiportal.kz” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində dünyasını vaxtsız dəyişmiş gənc, istedadlı yazıçı Zərdüşt Şəfinin rus dilinə tərcümə olunmuş “Sonuncu çiçək dükanı” hekayəsinin yayınına başlayıb.
Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin rus dilinə tərcümə müəllifi – Mərkəzin rus dili mütəxəssisi Arzu Rəcəbova, bədii redaktoru – Rusiya ədəbiyyatşünas-alimi Anjela Lebedevadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “adebiportal.kz” portalı əsasən dünya ədəbiyyatının Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.