Rusiyanın populyar stihi.ru ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Ələkbər Salahzadənin rus dilinə tərcümə edilmiş “Dəniz nəğməsi”, “Mənsiz gecə”, “Dəniz” şeirlərinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin rus dilinə tərcümə müəllifləri – Mərkəzin rus dili mütəxəssisi İlahə Feyziyeva və Rusiya ədəbiyyatşünas-alimi Anjela Lebedevadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “stihi.ru” portalı mütəmadi olaraq dünya ədəbiyyatının Robert Berns, Federiko Qarsia Lorka, Emili Dikinson kimi korifey şairlərinin yaradıcılığını işıqlandırır.