“Aydın yol” məşhur ingilis yazıçısı Ceyn Ostinin aforizmlərini təqdim edir.
“Təmkinlə dəf etdiyimiz çətinlik, qarşımıza qoyduğumuz məqsədlə düz mütənasib olmalıdır”.
***
“Sevmədən ailə quran qadın ev əşyalarının ən etibarlı keşikçisidir”.
***
“Dünyanı müşahidə etdikcə, daha az bəyənirəm”.
***
“Kiminsə fikri başqası üçün ehkam olmamalıdır”.
***
“Məqsəd dəqiqdirsə, məsafənin önəmi yoxdur”.
***
“Yaxşı yazılmış kitab həmişə tez oxunur”.
***
“Keçmişin yalnız sizə zövq verəcək hadisələrini xatırlayın”.
***
“Xoşbəxtliyin indiyə qədər eşitdiyim ən yaxşı formulu varlı olmaqdır”.
***
“Gənc yaşlarında təbiətin dadını doyunca çıxara bilməyənlərə yazığım gəlir”.
***
“Həmişə xəyallarınızın uzaq diyarları gəzməsinə imkan yaradın”.
***
“Səfeh şeylər ağıllı adamlar tərəfindən dəfərlərlə təkrarlananda normal qarşılanır”.
***
“Bizim kimliyimizi müəyyənləşdirən düşüncələrimiz yox, əməllərimizdir”.
***
“Məni heç nə ürəyimcə olmayan bir işi gördüyüm qədər yora bilməz”.
***
“Günəşli gündə kölgədə oturub yaşıllığı seyr etməkdən gözəl istirahət yoxdur”.
***
“İnsanların bərabər olduğu yerdə yoxsulluq da zənginlik kimidir”.
***
“Hər gün ən azı on dəqiqəni faydalı işlərə sərf edəcəyini özünə sübut etmədən qapıdan çölə çıxma”.
***
“Yalnız ən dərin hisslər məni kiminləsə qovuşdura bilər. Bu səbəbdən yəqin qarıyıb qalacağam”.
***
“Məgər ətrafı görməmək aşiq olmağın ən dəqiq sübutu deyilmi?”
***
“İnsanı öz duyğuları qədər çaşdıran ikinci bir şey yoxdur”.
***
“İnsan sevməyi bütün həyatı boyu öyrənir”.
***
“Duyğularımı ifadə edə biləcək söz tapmayanda, onu hamıdan gizləyirəm”.
***
“Əgər hansısa bir insan – fərq etməz, qadın ya kişi, yaxşı romandan zövq ala bilmirsə, deməli, ondan heç vaxt adam olmayacaq”.