“Aydın yol” məşhur Amerika yazıçısı Kurt Vonnequtun hekayə janrında yazan müəlliflərə məsləhətlərini təqdim edir.
Ən başlıcası hekayəni elə yazmalısınız ki, sonda oxucu vaxtının hədər getdiyini düşünməsin.
***
Hekayədə oxucunun qəbul etdiyi və ya özünə örnək bildiyi ən azı bir obraz olmalıdır.
***
Obrazların hamısında lap bir stəkan su olsa belə, ürəkdən arzuladığı, can atdığı nəsə olmalıdır.
***
Hekayədə hər cümlə dəqiqliklə hesablanmalı və hadisələrin gedişatına xidmət etməlidir.
***
Yazıçı qəddar olmalıdır. Baş qəhrəmanlar nə qədər məsum olsalar da fərq etməz, gərək elə dəhşətli hadisələrlə üzləşsinlər ki, xarakterləri tam çılpaqlığı ilə görünsün.
***
Oxucuya nəyin harda, necə olduğu barədə mümkün qədər tez məlumat vermək lazımdır ki, hekayənin axarını rahat izləyə bilsin.
***
Hekayənin əvvəli ilə sonu mütləq bir-birini tamamlamalıdır.