Elektron ədəbiyyat və sənət portalı

Afaq Məsudun pyesi Türkiyə portalında

Bölmə: Xəbər 10.10.2022

Türkiyənin populyar “detayhaberler.com” portalı Azərbaycan Xalq yazıçısı, Əməkdar İncəsənət xadimi  Afaq Məsudun “Mənsur Həllac” pyesinin yayınına başlayıb.

Azərbaycan dramaturgiyasını “Aktrisa”, “Can üstə”, “O məni sevir”, “Qatarın altına atılan qadın”, “Kərbəla” kimi dram əsərləri ilə zənginləşdirən yazıçının son illərdə qələmə aldığı iki hissəli “Mənsur Həllac” pyesi böyük sufi Mənsur Həllacın həyatı və ölümünü əks etdirən yeni ruhlu səhnə əsəri olaraq qardaş Türkiyədə böyük maraqla qarşılanmış, 2015-ci ildə Türk dünyasının “Beynəlxalq səhnə əsərləri müsabiqəsi”nin qalibi kimi yüksək mükafata layiq görülmüşdür.

 

https://www.detayhaberler.com/hallac-i-mansur/156250