Dövlət Tərcümə Mərkəzinin beynəlxalq internet məkanında Azərbaycan, ingilis, türk, alman, fransız, ispan, rus, ərəb, fars, çex, gürcü və ukrain dilində yayınlanan rəsmi aztc.gov.az saytının 13-cü – italyan dili versiyası fəaliyyətə başlayıb. İtaliya sosial şəbəkələri və KİV ilə əməkdaşlıq çərçivəsində yayınlanacaq italyan dili versiyasının, aztc.gov.az-ın yayın hüdudlarını daha da genişləndirəcəyi, Azərbaycan tarixini, ədəbiyyatını, ictimai-siyasi, mədəni həyatını əks etdirən mətn və materialların, videoçarxların İtaliyanın aparıcı ədəbiyyat, mədəniyyət, xəbər portalları vasitəsilə beynəlxalq aləmə çatdırılmasına geniş imkanlar yaradacağı nəzərdə tutulur.