Elektron ədəbiyyat və sənət portalı

İsa İsmayılzadənin şeirləri Gürcüstan ədəbiyyat portalında

Bölmə: Xəbər 25.10.2022

Gürcüstanın populyar “Axali saunce” (“Yeni xəzinə”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi İsa İsmayılzadənin gürcü dilinə tərcümə olunmuş Mən bir termos şüşəsiyəm”, “Qatım bir-birinə gecə-gündüzü”  “Bir də görərsiniz...” şeirlərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin gürcü dilinə tərcümə müəllifi –tanınmış şair, tərcüməçi İmir Məmmədlidir.

Qeyd edək ki, Gürcüstanın Mədəniyyət, Gənclər və İdman Nazirliyinin maddi dəstəyi ilə yayını maliyyələşdirilən portal, mütəmadi olaraq səhifələrində Çarlz Dikkens, Vladimir Mayakovski, Velimir Xlebnikov,  Harold Pinter, Rolan Bart, Olqa Tokarçuk, İtalo Kalvino, Ceyi Hopler kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

 

İSA İSMAYILZADƏ

(1941–1997)

 

– Şair, tərcüməçi;

– “Ulduz” jurnalında şöbə müdiri, “Azərbaycan” jurnalında baş redaktorun müavini vəzifələrində çalışıb;

– “Ulduzların ad günü”, “İşıqlı yarpaqlar”, “Torpaq nəğməsi”, “Ömrümdən keçən qatar”, “Salam, Yer kürəsi”, “Anamla söhbət”, “Yelləncəkdə yellənən külək”, “Bir ömürlük gecə” kimi onlarla şeir kitabının müəllifidir;

– K.Simonov, Y.Yevtuşenko və digər şairlərin şeirlərindən nümunələri dilimizə çevirib.