Əlcəzairin “alharir.info” xəbər və İraqın “alnoor.se” ədəbiyyat və mədəniyyət portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Şahmarın ərəb dilinə tərcümə edilmiş “İtki” hekayəsinin yayınına başlayıb.
Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin ərəb dilinə tərcümə müəllifi – tanınmış Misir tərcüməçisi Əhməd Sami Elaydidir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən hər iki portal, əsasən, Herman Hesse, Ernesto Sabato, Qabriel Qarsia Markes, Federiko Qarsia Lorka, Tomas Lav Pikok kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
ŞAHMAR
(1939–1989)
– Yazıçı, publisist;
– Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsini bitirib;
– A.Şaiq adına Dövlət Kukla Teatrında çalışıb;
– teatrın səhnəsində bir neçə əsəri tamaşaya qoyulub;
– bədii yaradıcılığa 1977-ci ildə yazdığı “Bir balaca səhv” hekayəsi ilə başlayıb;
– “Elçilik” və “İtki” adlı kitabları nəşr olunub;
– vəfatından sonra M.F.Axundov adına mükafata layiq görülüb.