Elektron ədəbiyyat və sənət portalı

Cavid Zeynallının hekayəsi Avstriya portalında

Bölmə: Xəbər 21.11.2022

Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc və istedadlı yazıçı Cavid Zeynallının alman dilinə tərcümə edilmiş “Coğrafiya müəlliminin pencəyi” hekayəsinin yayınına başlayıb.

Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri – alman dili mütəxəssisi Sahibə İbrahimova və Avstriyanın tanınmış filoloqu Andreas Kriberdir.

Qeyd edək ki, 2006-ci ildən fəaliyyət göstərən portal, dünyanın müxtəlif ölkələrinin gənc yazarlarının yaradıcılığını işıqlandırır.

 

 

Cavid Zeynallı

– 1986-cı ildə Cəlilabad şəhərində anadan olub;

– Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində bakalavr və magistr təhsili alıb;

– 2010-cu ildə “Günəşi gözləyənlər” adlı ilk romanı işıq üzü görüb;

– 2010-cu ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı gənc yazıçısı” mükafatına layiq görülüb.