“Aydın yol” məşhur Amerika yazıçısı Stiven Kinq haqqında maraqlı faktları təqdim edir.
Populyar musiqi janrı rok-n-rollun pərəstişkarı olan yazıçı həyat yoldaşı ilə üç rok radiokanalın sahibidir. O, əsərlərini də çox vaxt roku dinləyə-dinləyə yazır.
***
Yazıçı 1973-cü ildə nəşr etdirdiyi “Kerri” romanının əlyazmasını zibil qutusuna atmışdı. Lakin həyat yoldaşı bu nüsxəni taparaq oxumuş və ondan əsəri bitirməsini xahiş etmişdi. Bundan sonra yazıçı əsəri tamamlayıb nəşr etdirir və qısa zamanda şöhrət qazanır.
***
İndiyə qədər 64 roman və 200 hekayə yazıb.
***
“Qorxu ədəbiyyatı”nın ustalarından sayılan Stiven Kinqin özünün də qəribə fobiyaları var. Belə ki o, təyyarədə uçmaqdan və 13 rəqəmindən qorxur. Yazıçı bunu belə izah edir: “13 rəqəmindən söhbət düşəndə bütün canımda bir ürpərti hiss edirəm. Pilləkənləri qalxarkən 13 yerinə 12 addım atmaq üçün son iki pilləni birləşdirib çıxıram”.
***
Atası Donald Edvin Kinq də yazıçı olub. Bunu o, bir müsahibəsində qeyd edib: “Atamın yazdığı heç bir hekayəni görməmişəm. Amma anamın dediyinə görə onun minlərə əlyazması olub”. Yazıçının iki yaşı olanda atası onları tərk edib və bir daha görüşməyiblər. O vaxt anası balaca Stivə atasının marslılar tərəfindən oğurlandığını söyləyib.
***
Uzun illər həm də ingilis dili müəllimi kimi çalışıb. Müəllimlikdən əvvəl isə yanacaqdoldurma məntəqəsində işləyib.
***
Yeddi romanını “Riçard Baxman” təxəllüsü ilə çap etdirib.
***
İndiyə qədər 350 milyon nüsxə kitabı satılıb.
***
Yazıçının gənc yazarlara məsləhəti belədir: “Çoxlu mütaliə edin və yazın. Bu ikisindən başqa sizi hədəfə aparacaq daha kəsə yol yoxdur”.
***
Həyat yoldaşı Tabita Kinq də bədii yaradıcılıqla məşğul olur. O da bir neçə romanın müəllifidir.
***
Yazıçı əsərləri əsasında çəkilən filmlərin çoxunda epizodik rollarda çıxış edir.
***
Müsahibələrinin birində Harri Potterin heyranı olduğunu etiraf edib.
***
Dünyanın ən məhsuldar yazıçılarından biri kimi tanınır. 304 səhifəlik “Qaçan adam” romanını cəmi 10 günə yazıb.
***
Əsərləri ən çox ekranlaşdırılan müəllif kimi adı “Ginnesin rekordlar kitabı”na düşüb.
***
Şəxsi kitabxanasındakı on yeddi mindən artıq kitabın demək olar ki, hamısını oxuyub.