İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Şahmar Əkbərzadənin ispan dilinə tərcümə edilmiş “Ayırar bu dünya bizi nə vaxtsa”, “Özün özgənin” şeirlərinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifi – Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, bədii redaktoru – İspaniyanın filoloq alimi Eva Kontrerasdır.
Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Trabalibros” portalı mütəmadi olaraq səhifələrində Xuan Rulfo, Tomas Mann, Vladimir Nabokov, Volfqanq Höte, Migel Delibes, Federiko Qarsia Lorka kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Şahmar Əkbərzadə
(1941–2000)
– Şair, jurnalist;
– Şuşa Pedaqoji Texnikumunu və M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunu bitirib;
– 1968-ci ildən “Azərbaycan gəncləri”, “Kommunist” qəzetlərində müxbir, şöbə müdiri vəzifələrində çalışıb;
– 1990-cı ildə “Mədəniyyət” qəzetini təsis edib;
– Anama layla”, “Sevgi borc verilməz”, “Ona yanıram ki”, “Haqqa pəncərə”, “Xarıbülbül nəğmələri” kitabları nəşr olunub;
– 2014-cü ildə onun adını daşıyan “Şahmar Ədəbi Məclisi” təsis edilib.