“Aydın yol” məşhur Avstriya psixoloqu, psixoanalizin banisi Ziqmund Freydin aforizmlərini təqdim edir.
“İnsan sevildiyini hiss edəndə daha inamlı və cəsarətli olur”.
***
“Bir-birimizi təsadüfən seçmirik. Biz yalnız təhtəlşüurumuzda olanlarla rastlaşırıq”.
***
“Münasibətlərin ən yaxşısı, özünə qarşı vicdanlı olmaqdır”.
***
“Niyə insan hər ay kiməsə vurulmur? Çünki ayrılıq anı gələndə ürəyinin bir hissəsindən məhrum olmaq istəmir”.
***
“Təəssüf ki, emosiyalar heç vaxt ölmür, sadəcə, susmağa məcbur olaraq içimizdə yaşamağa davam edir”.
***
“Yataqda etdiklərimiz hər şey gözəl və tamamilə yerindədir. Sadəcə bu, gərək hər ikimizə xoş gəlsin. Əgər bu hormoniya varsa, siz, yalnız siz haqlısınız, sizi ittiham edənlər isə pozğundurlar”.
***
“Hər bir insanın başqalarına, bəzən hətta özünə belə etiraf etmədiyi istəkləri olur”.
***
“Özünüzlə müqayisə edə biləcəyiniz yeganə insan sizin keçmişinizdir. Və ondan yaxşı olmağa məhkum olduğunuz yeganə insan sizin indinizdir”.
***
“Bütün həzzlərə məhdudiyyət qoymaq yalnız həzzin dəyərini artırır”.
***
“Yuxularımız bizə nə qədər qeyri-adi gəldikcə, mənası da bir o qədər dərin olur”.
***
“Hər normal insan, əslində tam normal deyil”.
***
“İnsan ruhunun sirri, uşaqlığın psixi dramlarında gizlənib. Bu dramları aşkara çıxarsanız sağalacaqsınız”.
***
“Problemi etiraf etmək, onun yarıyacan həlli deməkdir”.
***
“İllüziya insanı özünə ağrının xilaskarı kimi cəzb edir və ardınca məmnunluq hissi gətirir. Amma şəkk-şübhəsiz qəbul etməliyik ki, reallığın ziddiyyətləri ilə qarşılaşdıqda illüziya çilik-çilik olur”.
***
“Heç bir bəndə sirri qorumaq iqtidarında deyil. Dodaqları sussa da, barmaqları danışacaq”.
***
“Orta əsrlərdə özümü yandırardılar, indi isə yalnız kitablarımı yandırırlar”.
***
“Sən hələ də inamı və gücü kənarda axtarırsan? Özündə axtarmalısan. Onlar həmişə yerindədir”.
***
“İnsanlar düşündüklərindən daha əxlaqlı, təsəvvür etdiklərindən daha əxlaqsızdırlar”.
***
“Məhəbbət – utanc hissini aşmağın ən etibarlı üsuludur”.
***
“İnsanın bütün fəaliyyətinin son həddi – rahatlığa qovuşmaqdır”.
***
“Tənqiddən özümü qoruya bilirəm, amma tərif qarşısında acizəm”.
***
“Yuxu reallığın, reallıq yuxunun əksidir”.
***
“Qadın kişini zəiflətməməlidir, sadəcə, yumşaltmalıdır”.
***
“İnsana yalnız uşaqlıq arzularının həyata keçməsi xoşbəxtlik gətirə bilər”.
***
“İnsan heç vaxt heç nədən imtina etmir, sadəcə bir həzzi başqası ilə əvəzləyir”.
***
“Depressiya – donmuş qorxudur”.
***
“Çoxlarını sevən qadınları, birini sevən isə məhəbbəti dərk edir”.
***
“Dünyanın yaranışının planında insanı xoşbəxt etməklə bağlı bənd olmayıb”.
***
“Paxıllıq – dağıdıcı hissdir”.
***
“Axmaqlığın ilk əlaməti – utanc hissindən tamamilə məhrum olmaqdır”.
***
“Həyatda insana ən baha başa gələn şey xəstəlik və səfehlikdir”.