Elektron ədəbiyyat və sənət portalı

Səməd Vurğunun şeirləri Almaniya ədəbiyyat portalında

Bölmə: Xəbər 16.01.2023

Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Səməd Vurğunun alman dilinə tərcümə edilmiş “Mən tələsmirəm”  “Əyilmə!” şeirlərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin alman dilinə tərcümə müəllifi – Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədova, bədii redaktoru – Almaniyanın ədəbiyyatşünas alimi Kerstin Krapsdır.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Spruechetante” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində Eduard Fridrix Mörike, Fridrix Şiller, Volfqanq Höte, Teodor Fönten, Çarlz Dikkens, Tomas Braun kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

Səməd Vurğun

(1906–1956)

– Şair, dramaturq, tərcüməçi, ədəbiyyatşünas;

– Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətinin sədri, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifələrində çalışıb;

– “Azərbaycan”, “Ceyran”, “Komsomol”, “Aygün”, “Bulaq əfsanəsi”, “Qız qayası”, “Vaqif”, “Fərhad və Şirin”, “İnsan” kimi yüzlərlə şeir, poema və dram əsərlərinin müəllifidir;

– Azərbaycanın ilk “Xalq şairi” fəxri adına layiq görülüb.