“Aydın yol” Amerikanın görkəmli dövlət xadimi, alim, yazıçı, filosof, jurnalist, musiqiçi, ixtiraçı Benjamin Franklinin (1706–1790) aforizmlərini təqdim edir.
“Düşmənə borc versən özünə dost, dosta borc versən özünə düşmən qazanacaqsan”.
***
“Suyun qiymətini quyu quruyanda bilirik”.
***
“Təcrübə – təhsil haqqı ən yüksək olan məktəbdir”.
***
“Ac ölkələrdə qanuna hörmət olmur. Qanuna hörmət etməyən ölkələr isə həmişə acdır”.
***
“Tamahkarlıq və xoşbəxtlik heç vaxt rastlaşmadığından onların bir-birini tanımamasında qeyri-adi heç nə yoxdur”.
***
“Həyatından razı qalmaq üçün mütləq özünü səndən pis vəziyyətdə olanlarla müqayisə et”.
***
“Borc verənin yaddaşı borc alandan daha yaxşı olur”.
***
“Tez yatıb, tez durmaq sağlamlıq, zənginlik və müdriklik deməkdir”.
***
“Bir köç üç yanğına bərabərdir”.
***
“Öz ayaqları üsdə dayanan kəndli, diz üstdə dayanan mülkədardan daha hörmətlidir”.
***
“Həyatını uzatmaq istəyirsənsə, yeyib-içməyini azalt”.
***
“Təmkinini qoruya bilən insan hər işə qadirdir”.
***
“Özünü xırda xərclərdən qoru. Gözə görünməyən balaca bir deşik böyük bir gəmini batıra bilər”.
***
“Dələduzlar dürüstlüyün bütün üstünlüklərindən hali olsaydılar, öz xeyirləri naminə düzələrdilər”.
***
“Səni bezdirən qonaqdan canını qurtarmaq istəyirsənsə, ona borca pul ver”.
***
“Pivə – Tanrının bizi sevdiyinə və xoşbəxt görmək istədiyinə daha bir sübutdur”.
***
“Tənbəllik ləng hərəkət etdiyindən kasıblıq onu tez yaxalayır”.
***
“Varlı olmaq istəyirsinizsə, təkcə qazanmağı yox, həm də qənaətcilliyi bacarmalısınız”.
***
“Dincəlməyi bacaran adam şəhərlər fəth edən adamdan daha üstündür”.
***
“Aşiqlər, səyyahlar və şairlər eşidilmək üçün pullarından keçməyə də hazırdırlar”.
***
“İsrafçı adam gec-tez ən vacib olanlarını da satacaq”.
***
“Hamı ağlından yox, yaddaşından şikayətlənir”.
***
“Ardınca gələnlərin qarşısında aciz qalmamaq üçün ilk istəyi beşikdəcə boğmaq yaxşıdır”.
***
“İnsan nəfsini yarıbayarı boğa bilsəydi, dərdləri də yarıbayarı azalardı”.
***
“Özünü sevən insanın rəqibi olmur”.
***
“İnsanlar xörək bişirməyi öyrəndikləri vaxtdan orqanizmin tələb etdiyindən iki dəfə artıq yeyirlər”.
***
“Yadda saxlayın ki, pul balalamaq qabiliyyətinə malikdir”.
***
“Ən gəlirli sərmayə biliyə qoyulan sərmayədir”.
***
“Böyük imperiya böyük piroq kimidir – kənarlarını yemək daha asan olur”.
***
“Rəhbərlik qarşısında təvazökarlıq borc, özün kimilər qarşısında nəciblik, rəiyyət qarşısında isə mərhəmətlikdir”.
***
“Öz kefimiz üçün yeyir, başqalarının kefi üçün geyinirik”.
***
“Bu dünyada iki qaçılmaz şey var – ölüm və vergilər”.
***
“Rahat yatmaq istəyirsənsə, çarpayıya təmiz vicdanla uzan”.
***
“Başqalarını ləkələməkdən əvvəl öz əllərini yu”.