Elektron ədəbiyyat və sənət portalı

İsa Muğannanın “Ömür karvanı” kitabı Gürcüstanda nəşr olundu

Bölmə: Xəbər 17.04.2023

Görkəmli nasir, Azərbaycanın Xalq yazıçısı İsa Muğannanın irihəcmli “Ömür karvanı” əsərlər toplusu Gürcüstanda işıq üzü görüb.

Dövlət Tərcümə Mərkəzinin beynəlxalq nəşr layihələri sırasında Gürcüstanda ərsəyə gətirilmiş kitab Gürcüstan Yazıçılar Birliyinin zəngin ənənəli “Merani” nəşriyyatında nəşr edilib.

Yazıçının “Saz”, “Quru budaq”, “Şəppəli”, “İllər və damcılar”, “Aynalı Əhəd”, “İki xırman”, “Zəhər” kimi məşhur povest və hekayələri daxil edilmiş kitabın gürcü dilinə tərcümə müəllifi – tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət Mükafatı laureatı İmir Məmmədli, redaktoru – Gürcüstan Yazıçılar Birliyinin sədri, tanınmış gürcü şairi Makvala Qonaşvilidir.