Elektron ədəbiyyat və sənət portalı

Tanınmış gürcü şairi Dövlət Tərcümə Mərkəzinin mükafatına layiq görüldü

Bölmə: Xəbər 29.09.2023

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Beynəlxalq Tərcüməçilər Günü münasibəti ilə təsis etdiyi Dövlət Tərcümə (Mərkəzi) Mükafatına bu il Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə tanınmış gürcü şairi, tərcüməçi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili layiq görülüb.

 

Makvala Qonaşvili

 

  • Şair, tərcüməçi;
  • 1958-ci ildə Gürcüstanda anadan olub;
  • 1981-ci ildə Gürcüstan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib;
  •    “Buradan sənə qədər”, “Sözün düzü”, “Gümbəzdən Günəşin şəfəqi sızır”, “İbadətgahım, mənim and yerim”, “Günəşin göz yaşları”  “Lalələr tonqalı” kitablarının müəllifidir;
  • əsərləri dünyanın bir çox dillərinə tərcümə və nəşr edilib;
  • İlia Çavçavadze, Anna Kalandadze, Qalaqtion Tabidze  Şota Rustaveli mükafatları laureatıdır.