“Xəzər”in oxucuları jurnalın bu sayında
“NOBEL KÜRSÜSÜ” rubrikasında – Ernest Heminqueyin “Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi” hekayəsi;
“KORİFEYLƏR” rubrikasında – Fyodor Dostoyevskinin “Dayının yuxusu” povesti;
“AZƏRBAYCAN ƏDƏBİYYATI” rubrikasında – Əbdürrəhim bəy Haqverdiyevin “Mirzə Səfər” hekayəsi;
“RUS POEZİYASININ GÜMÜŞ DÖVRÜ” rubrikasında – O.Mandelştam, M.Voloşin, A.Axmatova, M.Svetayeva, S.Yesenin və B.Pasternakın şeirləri;
“ROMA HEKAYƏLƏRİ” rubrikasında – Alberto Moravianın hekayələri;
“ANTİUTOPİYA” rubrikasında – Andrey Platonovun “Çevenqur” romanı;
“AVSTRİYA NƏSRİ” rubrikasında – Peter Handkenin “Nəzarət şurasına təbrik sözü” hekayəsi;
“ÇAĞDAŞ İSRAİL NƏSRİ” rubrikasında – Yakov Şexterin hekayələri;
“TEATR” rubrikasında – Vaslav Havelin “Etiraz” pyesi və digər əsərlərlə tanış ola biləcəklər.
“Xəzər”in oxucuları jurnalı yaxın günlərdə Bakının aşağıdakı köşklərindən əldə edə bilərlər:
Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid prospekti, 19;
Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;
Kiosk Press – “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi;
Kiosk Press – “Koroğlu” metrosu;
Kiosk Press – “Nizami” metrosu, Əlibəy Hüseynzadə küçəsi;
Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41;
eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.