“Aydın yol” məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Miller Heminqueyin (1899–1961) aforizmlərini təqdim edir.
“Kiminsə sənə inamını yoxlamaq üçün hər şeydən əvvəl ona inanmalısan”.
***
“Bütün yaxşı kitablar bir məsələdə eynidir: onu sonacan oxuyanda sizə elə gəlir ki, nə vaxtsa yaşadıqlarınız və ömür boyu sizinlə qalacaq həyatı hiss edirsiniz”.
***
“Həyatdakı heç bir qələbə məhəbbətdəki məğlubiyyətin yerini doldura bilməz”.
***
“Ürəyin bayramını həmişə özünlə daşımalısan”.
***
“İnsanlar iki hissəyə bölünür – onlarla asan və onlarsız da asan, onlarla çətin və onlarsız da çətin olanlara”.
***
“İçkili başla yaz, ayıq başla redaktə elə”.
***
“Çox möhtəşəm müalicə idi, sadəcə, pasienti itirdik”.
***
“Pişik ən səmimi məxluqdur. İnsan müxtəlif səbəblərdən öz hisslərini gizlətsə də, pişik bunu bacarmır”.
***
“Şən insanlar, adətən, gülləyə daha tez tuş gələn cəsarətli insanlardır”.
***
“Yazıçıya mane olan nədir? İçki, qadın, pul və şöhrətpərəstlik. Həmçinin içki, qadın, pul və şöhrətpərəstlik hissinin olmaması”.
***
“Bütün canlılar arasında yalnız insan gülə bilir. Hərçənd bunun üçün ən az səbəbə də məhz insan malikdir”.
***
“Hər birimizin canında qorxu var. Qorxunun üzünə dik baxanların canında isə həm də mərdlik var”.
***
“Ağıllı insanlar nadir hallarda xoşbəxt olur”.
***
“Dünyada insan haqqında vicdanlı, sadə nəsr yazmaqdan çətin şey yoxdur”.
***
“Yalnız cavablar deyil, suallar da köhnəlir”.
***
“Geyilməmiş uşaq ayaqqabısı satılır”.
***
“Yazıçı demək istədiklərini ağızla yox, qələmlə deməlidir”.
***
“Dünya – duracaq yerdir. Onun uğrunda vuruşmaq lazımdır. Mən bu yeri qoyub getmək istəmirəm”.
***
“Öz savadını və erudisiyasını gözə soxanlar hər ikisindən məhrum insanlardır”.
***
“Müharibədən də pis şeylər var – qorxaqlıq, satqınlıq, xudpəsəndlik”.
***
“Bütün yaxşı kitablar bir-birinə bənzəyir. Onlar həyatdan daha həyatidir”.
***
“İnsanlar həmişə xoşbəxtliyə aparan qısa yolu arayırlar. Belə yol yoxdur”.
***
“Yaxşı nəsr aysberqə oxşayır: səkkizdən yeddisi görünmür”.
***
“Bəzi kitablar layiq olmadan unudulur, amma layiq olmadan xatırlanan bir kitab belə yoxdur”.
***
“Niyə darıxdırıcı insanlar kifayət qədər xoşbəxt olduqları halda, ağıllı və maraqlı insanlar özlərinin də, doğmalarının da həyatını zəhərləyirlər?”
***
“Həyatın nə olduğunu dərk edənəcən, bir də görürük, keçib getdi”.
***
“Mark Tven üç səbəbdən mənim sevimli yazıçımdır: yaxşı yazır, məni əyləndirə bilir və artıq ölüb”.
***
“Kuba inqilabı tarixi zərurət idi”.
***
“Sizi öldürəcək güllənin səsini eşidə bilməzsiz. Əgər eşitdinizsə, deməli, yanınızdan ötüb keçib”.
***
“Kişinin yataqda ölməyə haqqı yoxdur. Ya döyüşdə ölməlisən, ya da alnına güllə çaxmalısan”.
***
“Sına-sına bərkiyirik”.
***
“Bütün Amerika ədəbiyyatı “Heklberri Finn”dən çıxıb”.
***
“Bütün ömrüm boyu sözlərə sanki ilk dəfə görürmüşəm kimi baxdım”.
***
“Uğur formulunu bilməsəm də, uğursuzluq formulunu bilirəm. Bu hamıya xoş gəlməkdir”.