Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Səfirliyinin təşəbbüsü ilə Xalq yazıçısı, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsudun oxucular arasında geniş maraq doğuran “Azadlıq” romanı ingilis dilində nəşr olunub.
AZƏRTAC xəbər verir ki, Sarayevodakı “Yesari Group” nəşriyyat evində çapdan çıxan irihəcmli kitaba “Azadlıq” romanı ilə yanaşı, yazıçının “Can üstə”, “Müvəkkil Vaysman”, “Alman kilsəsi”, “Generalın ölümü”, “Dahi”, “II İohann” və başqa hekayələri daxil edilib. Əsərləri ingilis dilinə Anne Tompson tərcümə edib.
Qeyd edək ki, ümumbəşəri mövzusu ilə seçilən “Azadlıq” romanı Avropanın bir sıra digər ölkələrində də işıq üzü görüb.