Elektron ədəbiyyat və sənət portalı

Kafkanın aforizmləri

Bölmə: Azad ərazi 20.02.2024

“Aydın yol” məşhur Avstriya yazıçısı Frans Kafkanın (1883–1924) aforizmlərini təqdim edir.

 

“Səni tərk edəcək insanı sevmək çətin deyil”.

***

“Əgər musiqidən bu qədər təsirlənirdisə, onu necə heyvan adlandırmaq olardı?”

***

“Məna axtara-axtara ağlagəlməz mənasızlıqlar törədirsən”.

***

“İşin həcmi heç də onun əhəmiyyətli olmasına dəlalət etmir”.

***

“Prosesə imkan yaradan adam artıq uduzub”.

***

“Kitablarımı mənə saxla. Olub-qalanım ancaq onlardır”.

***

“Bu o demək deyil ki, sən hər şeyə öyrəşmisən. Hər şeyə öyrəşmək kütləşməyin təzahürüdür”.

***

“Qəfəs quşu axtarmağa getdi”.

***

“Hətta ən xırda məsələdə belə istənilən məchulluq əzabvericidir.”

***

“Xoşbəxtlik necə də öldürücü olur”.

***

“Müəyyən nöqtədən sonra geri qayıdış mümkünsüz olur. Bu nöqtəyə gəlib çatmaq lazımdır”.

***

“O öz arzuları ilə, arzuları da onunla oynayırdı”.

***

“Əgər bir də heç vaxt görməyəcəyəmsə belə, sən yenə də mənimsən”.

***

“Polisin nifrəti diqqətindən daha yaxşıdır”.

***

“Xoşbəxtlik qocalığı yaxın buraxmır. Gözəllikləri görə bilən insan heç vaxt qocalmır”.

***

“İnsan tərəddüd içində olanda daha cəsarətli hərəkət edir”.

***

“Bu gün darıxdığımdan əlimi dalbadal üç dəfə yudum”.

***

“Dünyada hər şey məhkəmə ilə əlaqəlidir”.

***

“Baharın ilk günlərində şən olmaq elə də çətin deyil”.

***

“Əgər sənə inanmaq istəmirlərsə, bəraət almaq mümkün deyil”.

***

“O, natiq olmasa da, yaxşı qışqırmağı var. Çoxlarına bu da kifayət edir”.

***

“Üzdən sakit görünsələr belə, bütün məmurlar əsəbidir”.

***

“Həyat həmişə fikrimizi yayındırır. Hətta məhz nədən yayındırdığını bilməyə belə fürsətimiz olmur”.

***

“Sən indi başqa cür görünürsən. Çünki mən tamam tək qalmışam”.

***

“İstənilən köhnə təcrübə həmişə yenisiylə təkzib olunur”.

***

“Məntiq sarsılmaz anlayışdır. Amma o da yaşamaq istəməyən insanın qarşısında dayana bilməz”.

***

“Başqalarının işinə qətiyyətli müdaxilə həmişə risklidir”.

***

“Yeganə düzgün yanaşma – mövcud qaydalarla barışmaqdır”.

***

“Yaxınlaşmaq alınmayanda insanlar bir-birindən uzaqlaşırlar”.

***

“Hər şey – hətta yalan da həqiqətə xidmət edir. Kölgə günəşi söndürə bilməz”.

***

“Mən ədəbiyyatla maraqlanmıram. Ədəbiyyat – mən özüməm!”

***

“Məhəbbət həmişə hiss olunmadan gəlir”.

***

“Bu yöndəmsiz dünyanı, heç olmasa, bir az düzəldəcəklərmi?”

***

“Mən təhlükədən yalnız özüm lazım biləndə qorxuram”.

***

“İnsanın həddən artıq bədbəxtliyinin ən dəqiq əlaməti tamahkarlıqdır”.

***

“Vəkilin bacarmadığı, yaxud istəmədiyi işi bir başqası mütləq istəyəcək və bacaracaq”.

***

“İnam – gilyotin baltası kimi həm ağırdır, həm də yüngül”.

***

“Qapının ağzında dayanıb ləngidikcə daha da yadlaşırsan”.

***

“Mən öz əsəblərimi işlə müalicə edirəm”.