Elektron ədəbiyyat və sənət portalı

Albert Eynşteynin aforizmləri

Bölmə: Azad ərazi 19.03.2024

“Aydın yol” məşhur alman alimi Albert Eynşteynin (1879 – 1955) aforizmlərini təqdim edir.

“Həyat – velosiped sürmək kimidir – tarazlığı saxlamaq üçün hərəkət etməlisən”.

***

“Sərhəd tanımayan iki şey var: kainat və səfehlik. Əslində, kainat barədə mən bir o qədər də əmin deyiləm”.

***

“Yanan sobanın üstündə bir dəqiqə oturanda sənə elə gəlir ki, bir saat keçdi. Gözəl xanımla bir saat oturanda isə sənə elə gəlir ki, bir dəqiqə keçdi. Nisbilik nəzəriyyəsi bax budur”.

***

“Qayda-qanun ancaq dəlilərə lazımdır”.

***

“Hamı bilir ki, bu, mümkün deyil və bunu bilməyən bir ağılsız gəlib ixtiraçı olur”.

***

“Yaşamağın iki yolu var: birincisi, sanki heç bir möcüzə yoxdur, ikincisi isə sanki dörd bir tərəfin möcüzədir”.

***

“Savad – məktəbdə oxuduqlarının hamısını unutduqdan sonra başında nə qalıbsa, odur”.

***

“Təxəyyül bilikdən daha önəmlidir. Çünki təxəyyüldən fərqli olaraq biliyin məhdudiyyətləri var”.

***

“İnsan yalnız özünə üstün gələndə yaşamağa başlayır”.

***

“Əməyinin bəhrəsini dərhal görmək istəyən gərək çəkməçi olsun”.

***

“Eyni işi görüb fərqli nəticələr gözləmək axmaqlıqdır”.

***

“Yalnız mənəviyyatca kasıb insanlar gücün tərəfində olur”.

***

“İnsanları tərbiyələndirməyin yeganə məqbul üsulu nümunə göstərməkdir”.

***

“Öz sərhədlərini genişləndirən şüur bir də heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq”.

***

“Mən ölümə əvvəl-axır ödənilməli olan köhnə borc kimi baxıram”.

***

“Sağlam düşüncə – on səkkiz yaşa qədər qazanılan inamlar toplusudur”.

***

“Əgər nisbilik nəzəriyyəsi təsdiqlənsə, almanlar məni alman, fransızlar dünya vətəndaşı kimi təqdim edəcək, əgər bu nəzəriyyəm qəbul olunmasa, fransızlar məni alman, almanlar yəhudi kimi təqdim edəcək”.

***

“Əgər adi sözlərlə izah edə bilmirsinizsə, deməli, sonacan anlamamısınız”.

***

“Şöhrətim artdıqca kütləşirəm”.

***

“Beynəlxalq qanunlar yalnız qanun toplularında mövcuddur”.

***

“Mənə öyrənməyə mane olan yeganə şey aldığım təhsildir”.

***

“Xoşbəxt həyat sürmək istəyirsinizsə, insanlara və əşyalara yox, məqsədlərə can atmalısınız”.

***

“Mən iki müharibə, iki arvad və Hitleri yaşamışam”.

***

“Həmişə heyrətləndiyim bir sual var: dəli mənəm, yoxsa ətrafımda olanlar?”

***

“Üçüncü Dünya müharibəsində hansı silahlardan istifadə olunacağını bilməsəm də, dördüncü dəyənəklər və daşlar olacaq”.

***

“Heç vaxt səhv etməyən insan yeni bir işə heç vaxt cəhd göstərməyən insandır”.

***

“Məktəb mütəxəssis yox, şəxsiyyət yetişdirməlidir”.

***

“Bütün insanlar yalan danışır, amma bundan da dəhşətlisi heç kimin bir-birini eşitmək istəməməsidir”.

***

“Uğur qazanmağa yox, həyatına məna verməyə can at”.

***

“Elə bilirsiniz, hər şey belə sadədir? Bəli, hər şey sadədir, amma o qədər də yox”.

***

“Məntiq sizi yalnız A nöqtəsindən B nöqtəsinəcən, təxəyyül isə ürəyiniz istədiyi yerə qədər apara bilər”.

***

“Dünyada ən gözəl şey sirdir. O həm incəsənətin, həm də elmin mənbəyidir”.

***

“Reallıqla mübarizədə yeganə silah fantaziyadır”.

***

“İnsanlığa olan inamı itirə bilmərik. Çünki insanıq”.

***

“Qoyun sürüsünün layiqli üzvü olmaq üçün, ilk növbədə, qoyun olmalısan”.

***

“Mən yalnız Tanrının fikrini bilmək istəyirəm... Qalan hər şey təfərrüatdır”.

***

“Hər çətinliyin içində bir fürsət gizlənib”.