“Aydın yol” məşhur alman yazıçısı Erix Maria Remarkın (1898–1970) aforizmlərini təqdim edir
“Sevməyən insan tənhalığı asan yaşayır”.
***
“Səfeh doğulmaq ayıb deyil, səfeh kimi ölmək ayıbdır”.
***
“Qadın kişini sevdiyini dili yox, xoşbəxtlikdən parıldayan gözləri ilə deməlidir”.
***
“Ağıl insana təkcə ağıldan asılı olmadığını anlamaq üçün verilib”.
***
“Xoşbəxtliyin nə olduğunu yalnız bədbəxtlər bilir”.
***
“Təslim olmayan insan öz taleyindən də güclüdür”.
***
“Ölmək istəyəndə yaşamaqdansa, yaşamaq istəyəndə ölmək yaxşıdır”.
***
“Hər şey ötəridir. Bu, dünyanın ən dəqiq həqiqətidir”.
***
“Bir insan başqasına azca istilikdən başqa nə verə bilər? Və bundan böyük nə var?”
***
“Heç nə gözləməyən insan heç vaxt peşman olmayacaq”.
***
“İnsanlar alkoqoldan, yaxud tütündən daha zəhərlidir”.
***
“Prinsiplərini gərək hərdən pozasan – yoxsa həyatın ləzzəti olmaz”.
***
“İnsan dayazlaşdıqca özü haqqında daha böyük fikirdə olur”.
***
“Deyirlər, çətini ilk yetmiş ili yaşamaqdır. Sonra hər şey qaydasına düşür”.
***
“Tez-tez arxaya baxan insanın büdrəyib yıxılmaq ehtimalı daha çoxdur”.
***
“Yaşamaq naminə hər şeyini itirən insan azad insandır”.
***
“– Doğurdanmı siz özünüz haqqında danışmağı xoşlamırsınız?
– Mən hətta özüm haqqında düşünməyi də xoşlamıram”.
***
“Bir insanın ölümü faciə, iki milyon insanın ölümü statistikadır”.
***
“Xoşbəxtlik – dünyada ən müəmmalı və ən bahalı əşyadır”.
***
“Qadın sevgidən müdrikləşir, kişi isə başını itirir”.
***
“Gecələr kainatdan ulduz qoxusu gəlir”.
***
“Ölüm hörmətdən düşüb: səbəb iki dünya müharibəsidir”.
***
“Əgər hələ də ədalətin zəfər çalacağına inanırsınızsa, deməli, gününüz gün deyil”.
***
“Sevəndə, əvvəllər ağlına belə gətirmədiyin yeni-yeni qorxular əmələ gəlir”.
***
“Paradokslar zəmanəsində yaşayırıq: dünyada sülhü qorumaq üçün müharibə etməyə məcburuq”.
***
“İnsan həmişə əməlləri deyil, niyyətləri ilə böyükdür. Onun gözəlliyi də elə bundadır”.
***
“Pul çox vacib şeydir. Xüsusən olmayanda”.
***
“Qəribədir, insan ən təbii hərəkətlərdən qızara bilir, alçalmaqdan isə yox”.
***
“Sevgisiz insan – məzuniyyətə çıxan mərhum kimidir”.
***
“Yuxuya ayrılan vaxta heyifim gəlir. Axı sən yatanda ömürdən gedir”.
***
“Nəsə etmək istəyirsənsə, heç vaxt nəticə barədə soruşma. Yoxsa həmişə yerində sayacaqsan”.
***
“Qanunla mübarizədə ən münasib vasitə həyasızlıqdır”.
***
“Qəribədir, öz həqiqi hisslərimizi gizlətmək üçün hansı yollara əl atmırıq?”
***
“İnsanların səni sezməməsi üçün gərək ehtiyatlı olmayasan”.
***
“Yaxşı yaddaş – dostluğun təməli, məhəbbətin sonudur”.
***
“Pulla yoluna qoyula biləcək hər şey ucuz başa gəlir”.
***
“Məhəbbət – gözəl şeydir, amma insanın xasiyyətini korlayır”.
***
“Səndən gözləniləni etməyin, adətən, arzulanan nəticəni verir”.
***
“Pullara nəvazişli adlar verilən ölkədə heç vaxt faşizm olmayacaq”.
***
“Deməyə sözün olanda, söz tapa bilmirsən”.