Elektron ədəbiyyat və sənət portalı

Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında

Bölmə: Xəbər 30.04.2024

Polşanın populyar “salon24.pl”  “ngo.pl”ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin polyak dilinə tərcümə edilmiş “Məni candan usandırdı”, “Səba, əğyardan pünhan, qəmim dildarə izhar et!”  “Canı kim cananı üçün sevsə, cananın sevər” qəzəllərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan qəzəllərin polyak dilinə tərcümə müəllifləri – tanınmış Polşa tərcüməçisi Yanus Kjıjovski və Varşava Universitetinin Şərqşünüslıq fakültəsinin əməkdaşı Şəhla Kazımovadır.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “salon24.pl” və “ngo.pl” portalları mütəmadi olaraq səhifələrində Volfqanq Höte, Mixail Lermontov, Mixail Bulqakov, Pablo Neruda, Stanislav Lem kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığına yer ayırır. 

 

 

Məhəmməd Füzuli

(1494-1556)

  • XVI əsr dahi Azərbaycan şairi;
  • Şərq və dünya ədəbiyyatının incilərindən sayılan “Leyli və Məcnun” poemasının müəllifi;
  • görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacibəyli “Leyli və Məcnun”poemasının motivləri əsasında Şərqin ilk operasını yazıb;
  • türk, ərəb, fars dillərində xeyli sayda qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd və rübai qələmə alıb;
  • əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə əsərləri dövlət varidatı elan edilib;
  • vəsiyyətinə görə Kərbəlada, İmam Hüseynin məqbərəsinin yaxınlığında dəfn olunub.


https://www.salon24.pl/u/kraina-ognia/
 

https://publicystyka.ngo.pl/