Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan nəsri “Migel de Servantes” kitabxanasında

Bölmə: Xəbər 27.05.2024

İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir nəsrinin Süleyman RəhimovƏli VəliyevMir Cəlal, Ənvər Məmmədxanlı, İsa Hüseynov, Anar, Elçin, Rafiq Tağı, Afaq Məsud, Etimad Başkeçid, Orxan Fikrətoğlu  İkinci Mahmud kimi tanınmış ədəbi simalarının ispan dilinə tərcümə olunmuş əsərlərini bir araya gətirən “Müasir Azərbaycan nəsri antologiyası” kitabını “Ədəbi nəşrlər” bölməsində yerləşdirib.  

Bölmədə yer alan əsərlər ədiblərin yaradıcılığı haqqında geniş məlumatlarla təqdim edilir.

Kitabın ispan dilinə tərcümə müəllifləri – tanınmış ispan filoloqu Fransisko Kapilla Martin, ispan dili mütəxəssisləri Rəhimə Məmmədova  Ramizə Həsənovadır.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən virtual kitabxana mütəmadi olaraq səhifələrində Migel de ServantesUilyam ŞekspirAleksandr Puşkin, Fyodor DostoyevskiXuana İnes de la Krus, Fridrix ŞillerQustavo Adolfo BekkerFederiko Qarsia LorkaPablo NerudaQabriel Qarsia MarkesAntonio Maçado kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır. 

 

https://cervantesvirtual.com/