Elektron ədəbiyyat və sənət portalı

Məhsəti Gəncəvi yaradıcılığı İtaliya ədəbiyyat portalında

Bölmə: Xəbər 24.06.2024

İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Məhsəti Gəncəvinin  italyan dilinə tərcümə edilmiş rübailərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan rübailərin italyan dilinə tərcümə müəllifi  tanınmış italyan tərcüməçisi və filoloqu Olqa Mazzinadır.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində  Dante Aligyeri, Françesko Petrarka, İtalo Kalvino, Covanni BokaççoPablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

 

Məhsəti Gəncəvi

(1089 – 1160)

 

  • XI-XII əsr görkəmli Azərbaycan şairi;
  • ilk şahmatçı qadın və Şərqdə ilk qadın bəstəkar;
  • rübailəri ingilis, italyan, alman, fransız və digər dillərə tərcümə edilib;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə əsərləri dövlət varidatı elan edilib.

 

 

Rübailər

 

Ey ağıllı qoca, deyilsən naşı,

Torpaq ələyənin cavandır yaşı,

De, yavaş ələsin, çünki bu torpaq

rviz bədənidir, Keyqubad başı.

 

Yetməzmi qəribə verdin işgəncə?

fanın hüdudu olmazmı, səncə?

Demişdin Gəncədə kama yetərsən,

İndi bu mən, bu sən, bax, bu da Gəncə!

 

Əlimdə qədəhlə sənin küçəndən,

r gecə, sevgilim, sərxoş keçdim mən.

Eşqi şərab kimi tökdüm qədəhə,

Huşa getdim, düşüb sındı əlimdən.

Olum səba yeli, mən sənə qurban,

Mələk balasına xəbər ver, aman!

Söylə ki, intizar içində yazıq –

hsəti yol üstə gördüm verir can.

 

Dedim: “Məsləhət ver bizə, ey ürək!

Şirin meydən içək, acıdan içək?

Dedi: “Acıdan iç, yoxsa Şirinə

Vurğun deyilsən ki, sən də Fərhadtək”.

 

Özgədən heç zaman gözləmə kömək,

Quru budaq kölgə salmaz, ey ürək.

naət əzizlər, tamah xar edər,

Az olan şeylərə qənaət gərək.

 

Sənə göndərdiyim məktubu, canan,

Qanlı göz yaşımla yazmışam, inan.

Bu qədər dərdimin hekayətini,

Bilmirəm, heç nə cür eyləyim bəyan?!

 

Dad ürək əlindən, dad eşq əlindən!

Çoxlarıtək düşdüm bu möhnətə mən.

Ürəkdir səbəbi bu ahu-zarın,

Dad ürək əlindən, dad eşq əlindən!

 

Mənə mey ver, fələk qəmlidir yaman,

Ey yarım, öldürdü məni bu hicran.

nim kimi şadlıq sevəni neçin

Badəsiz, canansız əzir bu dövran?

 

Torpaq ələyənin mən aşiqiyəm,

Dilim gəlmir açıb sirrini deyəm.

O, torpaq ələyib qızıl axtarır,

Mən əlimdə qızıl onu gəzirəm.

https://www.alidicarta.it/testo/235202412374181