“Aydın yol” məşhur ingilis yazıçısı Çarlz Dikkensin (1812–1870) aforizmlərini təqdim edir.
“Ağıl kimi, ürəyin də müdrikliyi var”.
***
“Pis adamlar olmasaydı, yaxşı vəkillər də olmazdı”.
***
“Qoy sənin heç vaxt daşa dönməyən ürəyin, korlanmayan xasiyyətin və kimisə incitməyən toxunuşun olsun”.
***
“İnsan zəifliyi içərisində ən maraqlı və bağışlanılası hiss məhəbbətdir”.
***
“Bayramın ən yaxşı hissəsi – bitəndən sonra onun haqqında danışmaqdır”.
***
“Mən bir nəfər də amerikalı centlmen tanımıram. Bu iki sözü yanaşı işlətdiyimə görə Tanrı günahımdan keçsin”.
***
“Başqalarını təkmilləşdirmədən təkmilləşə bilməzsən”.
***
“Başqasının yükünü yüngülləşdirən hər bir kəs dünyaya fayda verir”.
***
“Ağlını itirmiş diri insan ölüdən də dəhşətlidir”.
***
“Dahi insanlar nadir hallarda geyimlə bağlı vasvası olur”.
***
“Əzizlərim, iştahanızı idarə edə bilsəniz, varlığınıza hakim kəsiləcəksiniz”.
***
“Biznesin ilkin qaydası – başqasıyla onun səninlə davrandığı kimi rəftar etməkdir”.
***
“Həqiqət həmişə cəsur görünür”.
***
“Heç vaxt görüntüyə bel bağlama, yalnız faktlara söykən. Bundan yaxşı qayda yoxdur”.
***
“Dəyişikliklər dəyişikliklərə yol açır”.
***
“Zəhmət – hər işin canı və rifahın təminatçısıdır”.
***
“Açıq və ya gizli, deyilmiş və ya deyilməmiş olsa da, yalan həmişə yalandır”.
***
“Həyat bizə son ana qədər onu mərdliklə qorumaq üçün verilib”.
***
“19 funt 96 pens məxarici olan 20 funt illik gəlir xoşbəxtlik, 20 funt 6 pens məxarici olan 20 funt illik gəlir isə bədbəxtlikdir”.
***
“Əndazəni aşan yemək-içmək mədəni korladığı kimi, əndazəni aşan gözəl həyat da xasiyyəti korlayır”.
***
“Nə iş görürsən gör, amma mütləq zahiri görkəmini qoru”.
***
“Elə anlar olur ki, nanəciblik nəciblik kimi görünür”.
***
“Ən acı həqiqət ondan ibarətdir ki, hətta daxilən ən varlı insanların da daxilən çox kasıb yaxınları olur”.
***
“Dünyada özünü aldatmaqdan böyük aldanış yoxdur”.
***
“Mən yenə ağladım, amma bu dəfə ürəyimdə. Və bu, ən acı göz yaşları idi”.
***
“Uğursuz izdivaclardan olan uşaqlar evlənməyə daha çox can atırlar”.
***
“Xeyriyyəçiliklə məşğul olan insanlar iki qrupa bölünür: biri heç nə eləmədən aləmə car çəkməklə, o biri aləmə car çəkmədən iş görməklə məşğul olur”.
***
“İstənilən yol yoldaşı təklikdən daha yaxşıdır”.
***
“Uşaq üçün ən ağrılı məşğuliyyət – qəddar atanın ürəyinə olan yolu tapmaqdır”.