Elektron ədəbiyyat və sənət portalı

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olundu

Bölmə: Xəbər 29.07.2024

“Xəzər”in oxucuları jurnalın bu sayında

“NOBEL KÜRSÜSÜ” rubrikasında – Orxan Pamukun “Nobel mühazirəsi” və “Pəncərədən baxmaq” hekayəsi;

“KLASSİK İRS” rubrikasında  Nikolay Qoqolun “Portret” hekayəsinin davamı;

“BƏŞƏRİ POEZİYA” rubrikasında – Bertold Brextin “Kuraj ana və uşaqları” pyesindən nəğmələr;

“AZƏRBAYCAN ƏDƏBİYYATI” rubrikasında – Cəfər Cabbarlının “Papaq” hekayəsi;

“HEKAYƏ” rubrikasında ­­– Somerset Moemin “Şair”;

“TÜRK XALQLARI ƏDƏBİYYATI” rubrikasında – Nurmurad Sarıxanovun “Kitab” və Abdulla Qədirinin “İnadkar Taşpulatın hekayəti” hekayələri;

“İSRAİL NƏSRİ” rubrikasında ­­– Dina Rubinanın “Cadu” və “Qızılı rəng” hekayələri;

“ROMAN” rubrikasında – Vilhelm Haufun “İsgəndəriyyə şeyxi Əlibanu və onun kölələri”;

“SİRLİ QİTƏ: AFRİKA ƏDƏBİYYATI” rubrikasında – Siprian Ekvensinin “Azadlıq gecəsi” hekayəsi;

“TEATR” rubrikasında – Mar Bayciyevin “Bəy və gəlin” pyesi;

“ESSE” rubrikasında – Çeslav Miloşun “Əlifba” essesinin davamı;

“ANTİUTOPİYA” rubrikasında – Andrey Platonovun “Çevenqur” romanı və digər əsərlərlə tanış ola biləcəklər.

 

“Xəzər”in oxucuları jurnalı yaxın günlərdə Bakının aşağıdakı köşklərindən əldə edə bilərlər:

 

Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid prospekti, 19;

Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;

Kiosk Press – “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi;

Kiosk Press – “Koroğlu” metrosu;

Kiosk Press – “Nizami” metrosu, Əlibəy Hüseynzadə küçəsi;

Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41,

eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.