Elektron ədəbiyyat və sənət portalı

Mikayıl Müşfiq yaradıcılığı İsrailin ədəbiyyat jurnalında

Bölmə: Xəbər 06.08.2024

İsrailin populyar “Artikl” ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin rus dilinə tərcümə edilmiş “Sevirəm”, “Yoldaş”, “Dilənçi” şeirlərinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin rus dilinə tərcümə müəllifi – Mərkəzin rus dili mütəxəssisi, tanınmış tərcüməçi Püstə Axundovadır.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “Artikl” ədəbiyyat jurnalı mütəmadi olaraq səhifələrində Stiven Ceyms Kennet, Corc Oruell, Yusteyn Qorder, Stiven Kovi kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

Mikayıl Müşfiq

 (1908–1938)

 

ədəbi yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bu gün”şeiri ilə başlayıb;

1930-cu ildə “Küləklər”adlı ilk şeirlər kitabı işıq üzü görüb;

“Günün səsləri”“Vuruşmalar”“Buruqlar arasında”kimikitabların müəllifidir;

Aleksandr Puşkinin “Qaraçılar”, Taras Şevçenkonun “Kobzar”,Samuil Marşakın “Huşsuza baxhuşsuza”və digər əsərlərin tərcümə müəllifidir;Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnib;

1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə ölümündən sonra bəraət alıb;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə əsərləri dövlət varidatı elan edilib.