“Aydın yol” məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Uilyam Folknerin (1897–1962) aforizmlərini təqdim edir.
“Ağrı hissi ilə hissizlik arasında seçim etməli olsam, ağrını seçərəm”.
***
“Nə qədər ki canınızda sahili gözdən itirmək qorxusu var, uzaqlara üzə bilməzsiniz”.
***
“Dürüstlük, həqiqət naminə ədalətsizliyə, yalana və tamahkarlığa qarşı səsinizi qaldırmağa qorxmayın. Əgər bütün insanlar buna riayət etsəydi, dünya başqa cür olardı”.
***
“Kim bilir, neçə dəfə yağışlı gündə özgə dam altında uzanıb öz evimi düşünmüşəm”.
***
“Mən pis insanam, cəhənnəmliyəm, amma vecimə də deyil. Cəhənnəmdə olmaq sənin yanında olmaqdan daha yaxşıdır”.
***
“Həyat – qorumalı olduğumuz mülkiyyət yox, başqaları ilə paylaşmalı olduğumuz mükafatdır”.
***
“Qorx. Bunsuz keçinmək mümkün deyil. Amma qorxaq olma “.
***
“İnsan – öz keçmişinin cəmidir”.
***
“Nə qədər kədərli olsa da, insan hər gün səkkiz saat yalnız işləyə bilər. Təəssüf ki, hər gün səkkiz saat sərasər nə yeyə, nə içə, nə də sevişə bilərsən”.
***
“İnsanın ürəyinə təpər verib onu yaşamağa həvəsləndirmək yalnız yazıçıya məxsus imtiyazdır”.
***
“Şər – məğzi etibarı ilə hərəkətli, xeyir – hərəkətsizdir”.
***
“Şərə mərhəmətlə, xeyirə xeyirlə qarşılıq ver”.
***
“Şərə – hələ iyini almadan cavab verməyə hazır olmalısan”.
***
“Şəri hətta bir baxış da əridə bilər”.
***
“Ən təhlükəlisi alkoqolu tənhalıqla qarışdırmaqdır”.
***
“Keçmiş ölü deyil. Əslində, heç keçmiş də deyil”.
***
“Hətta yalançını da elə qorxutmaq olar ki, həqiqəti deyər. Necə ki, dürüst adamdan da yalanı dartıb çıxarmaq olar”.
***
“İnsanı ləyaqətindən çox, qüsursuzluğuna görə sevirlər”.
***
“Əziz Tanrı, icazə ver, bir az da artıq lənətlənim”.
***
“Nəyə nail ola biləcəyinizdən də artığını arzulayın və ona can atın. Öz sələflərinizdən və müasirlərinizdən yox, özünüzdən yaxşı olmağa çalışın”.
***
“Qorxu – sənin yaşadığına dəlalət edir. Həyat – qorxuya görə nədənsə imtina etməkdir”.
***
“Heç vaxt köhnəlməyən yeganə mövzu – insan xarakteridir”.
***
“Mən Tanrıya inanıram. İlahi, mən Tanrıya inanıram”.
***
“Pis viski olmur, sadəcə, onun bəzi növləri o birilərindən daha yaxşıdır”.
***
“Rəssamın tənqidçilərə qulaq asmağa vaxtı yoxdur. Necə ki, yazıçı olmağa can atanlar resenziyaları oxusalar da, ədəbiyyat yaradanlar onu oxumağa vaxt tapa bilmir”.
***
“Likör süzmək kitab yandırmağa bənzəyir”.
***
“İnsan gözlədiyi pulun həvəsi ilə uzun müddət yaşaya bilər”.
***
“Bura azad ölkədir. İnsanların mənə məktub yazmaq, mənim də onlara cavab vermək hüququm var”.
***
“Kişilərin əksəriyyəti onlara yaradılan şəraitin müqabilində daha artığını eləyir”.
***
““Yazıçı” olmayın, sadəcə, yazın”.