“Aydın yol” tanınmış şəxslərin məşhur aforizmlərini təqdim edir
“Öz təhlükəsizliyinə görə azadlıqdan imtina edənlər nə azadlığa, nə də təhlükəsizliyə layiqdir”.
***
“Bəzi insanlar 25 yaşında ölsələr də, 75 yaşında dəfn olunurlar”.
Bencamin Franklin
“Çoxumuz özümüz kimi deyilik: fikirlərimiz – başqalarının mühakimələrindən, həyatımız – görüntüdən, ehtiraslarımız – iqtibaslardan ibarətdir”.
***
“Bəzi insanlar gəldikləri, bəziləri isə tərk etdikləri yerə sevinc bəxş edir”.
Oskar Uayld
“Cəmi iki təsəvvür var: ya biz bu kainatda tənhayıq, ya da yox. Amma hər ikisi eyni dərəcədə vahimə yaradır”.
Artur Klark
“Əgər belə olsaydı”. Yazılı və şifahi nitqdə ən kədərli ifadə budur”.
Con Qrinlif Uitter
“Mən on min müxtəlif zərbə öyrənəndən yox, on minin içindən birini seçəndən qorxuram”.
Bryus Li
“Əgər uçuruma çox baxsan, uçurum sənə baxmağa başlayacaq”.
Fridrix Nitsşe
“Məktəbə, sizin savadınıza mane olmağa imkan verməyin”.
Mark Tven
“İnsan öləridir, hətta millətlər də yaranıb yox ola bilər, amma ideya əbədidir”.
Con Kennedi
“Nə qədər sağlam olsan da, xəstə cəmiyyətə uyğunlaşa bilməzsən”.
Ciddu Krişnamurti
“Hamı ölür, amma heç də hamı yaşamır”.
Uilyam Uolles
“Şübhəsiz ki, bütün xeyirxah əməllər gözəldir, amma gözəlliyin də bir ölçüsü var”.
Platon
“Dünyanı gözəllik xilas edəcək”.
Fyodor Dostoyevski
“Bircə onu bilirəm ki, heç nə bilmirəm”.
Sokrat
“Əgər Kleopatranın burnu əyri olsaydı, tarix tamam başqa yolla inkişaf edərdi”.
Paskal
“Əgər düşmənimi dosta çevirə bilmişəmsə, qalib deyiləmmi?”
Avraam Linkoln
“Sevmək – özgəsində özünü tapmaqdır”.
Ekxart Tolle
“Əgər gəmi yaratmaq istəyirsənsə, insanları yığıb iş bölgüsü aparmağa, onun hissəçiklərini, alətlərini tapmağa çalışma, sadəcə, insanları sonu görünməyən dənizlə xəstələndir. Onda gəmini özləri yaradacaqlar...”
Antuan de Sent-Ekzüperi
“Qorxunun mənbəyi sizi qorxudan adamda yox, öz ürəyinizdədir”.
Xəlil Cebran
“Beş yaşım olanda anam həmişə deyərdi ki, həyatın açarı xoşbəxtlikdədir. Məktəbə gedəndə məndən böyüyəndə kim olmaq istədiyimi soruşdular. “Xoşbəxt” sözünü yazdım. Onda mənə dedilər ki, tapşırığı düzgün anlamamısan. Və mən onlara həyatdan heç nə anlamadıqlarını dedim”.
Con Lennon
“İnsan kimi böyüklüyümüz dünyamızı yenidən qurmaq yox, özümüzü dəyişmək imkanı qazanmaqdır”.
Mahatma Qandi
“İnsan məğlub olmaq üçün yaranmayıb. İnsanı məhv etmək olar, amma ona qalib gəlmək mümkün deyil”.
Ernest Heminquey
“Hamının günahkar olduğu cəmiyyətdə yeganə cinayət – həbs olunmaqdır. Oğru dünyasında yeganə dəhşətli günah – səfehlik etməkdir”.
Xanter Tompson
“Əsl demokratiyanın şüarı “Qoy hökumət etsin” yox, “Qoyun özümüz edək” olmalıdır”.
Duayt Eyzenhauer
“Hətta min illik yol da ilk addımdan başlayır”.
Lao Tszı
“İnsan pul qazanmaq üçün sağlamlığını itirir, sonra sağlamlığını qaytarmaq üçün pullarını itirir. O yalnız gələcəklə yaşayır, bu gündən həzz almır. Nəticədə nə bu günü, nə də gələcəyi olur. Elə yaşayır ki, sanki heç vaxt ölməyəcək. Və yaşamadan ölür”.
Dalay Lama