Elektron ədəbiyyat və sənət portalı

Murakaminin aforizmləri

Bölmə: Azad ərazi 07.11.2024

“Aydın yol” məşhur yapon yazıçısı Haruki Murakaminin aforizmlərini təqdim edir

“Dənizə çox baxanda adam, adama çox baxanda dəniz üçün darıxırsan”.

***

“Bütün boşluqlar mütləq nə vaxtsa dolur”.

***

“İnsanın özü kimi yaddaşı və düşüncələri də qocalır”.

***

“Səhvlər həyatın bizə təlqin etdikləridir – səhvsiz hətta yazılı mətn də mənasız olardı”.

***

“Mən sənə görə narahat deyiləm. Sənin kimilər başına nə gəlsə də kefini pozmur. Mən daha çox sənin rastına çıxacaq adamlara görə narahatam”.

***

“Dünyada səhv fikir yoxdur, sadəcə, bizim düşündüklərimizlə üst-üstə düşməyəni var, vəssalam”.

***

“Yaddaş insanı daxilən ovundurduğu kimi, eyni vaxtda canını da alır”.

***

“Xoş xəbərlər asta səslə eşidilir”.

***

“Əgər hər şey istədiyin kimi olsaydı, yaşamağın ləzzəti qalmazdı”.

***

“Meşəyə gedəndə onun bir hissəsi olursan. Bütün canınla. Yağışa düşəndə suya qarışırsan. Sübh açılanda səhər olursan. İndi yanımdasan və sən mənsən”.

***

“Başqalarının mütaliə etdiklərini oxusan, hamı kimi düşünəcəksən”.

***

“Şəhər həyatı sənə yalnız ayağının altını görməyi öyrədir: bu dünyada göyün də olduğu bir adamın da yadına düşmür”.

***

“Özü üçün düşündüyü və yaratdığı dünyada yaşayan insan əsl dahidir”.

***

“Anlamaq anı gələndə anlayacaqsan”.

***

“Dəqiqələr, illər axıb gedir. Geridə qalanlar uzanır, irəlidə olanlar qısalır. Və kədərlisi budur ki, daha nəsə etməyə vaxtın yoxdur”.

***

“Özünə yazığın gəlməsin. Özünə yalnız yazıq adamların yazığı gəlir”.

***

“O qadının elə gözəl gülüşü var idi ki, istəyirdin, bu təbəssümü ondan alıb özünlə aparasan”.

***

“Gec-tez hamı öz yerinə qayıdır. Amma mənim qayıtmağa yerim yoxdur. Bilirsən, belə bir oyun var: adamlar stulların ərtafında qaçışıb, qəflətən otururlar və bir nəfərə stul çatmır”.

***

“İnsanın ən çox canını alan mənasız və faydasız cəhdlərdir”.

***

“Məncə, dünyada yeganə düzgün məşğuliyyət yatıb yuxu görməkdir”.

***

“Məktəbin bizə öyrətdiyi ən vacib şey, ən vacib şeyin ondan kənarda olduğunu öyrətməyidir”.

***

“Hərdən dözülməz qüssə içində oluram, amma həyat həmişəki kimi öz axarındadır”.

***

“Həyatda bəzi işlər yalnız təklikdə, bəziləri isə birlikdə alınır. Onları bir-birinə bənd etmək yararlı, bir-biri ilə qarışdırmaq yararsızdır”.

***

“Özünü təəssüf hissi keçirmədən xərcləyən həmişə qazanır”.

***

“Hələ də yeni nəsə öyrənirsənsə, qocalıq elə də əzablı deyil”.

***

“Peşman olmamaq üçün həyatdan çox şey umma”.

***

“Vaxt nisbi anlayışdır – xüsusən nəsə gözləyənlər üçün”.

***

“Hər şeyin bir sonu var – nələrsə qəflətən, izsiz-tozsuz itir, nələrsə sanki dumanda əriyir. Qalan yalnız boşluqdur”.

***

“Düzgün söz həmişə sonradan ağıla gəlir”.

***

“Başqasının, tanımadığın bir adamın səhvini tənqid etmək necə də asan və xoşdur”.

***

“Yanında kimsə baxışlarıyla sənə kömək edirsə, uçmağa nə var?”

***

“Pulu – itirəcəyini, yaxud qazanacağını düşünmədən xərcləmək lazımdır. Pulla alınmayan gücünü isə qorumalısan”.

***

“Mənə elə gəlir ki, səndə nəsə var, bəlkə də, əksinə, heç nə yoxdur. Əslində, belə baxanda hər ikisi eyni şeydir”.

***

“Təxəyyülün büdcəsi olmur”.

***

“Ha eləsən də, canında ağrı varsa, ağrınacaqsan”.

***

“Mənasız fikirlə bir dəfə razılaşdınsa, davamı gələcək”.

***

“Ölüm – həyatın əksi yox, özüdür”.

***

“Fakt həqiqət olmaya da bilər, amma həqiqət həmişə faktdır”.