Elektron ədəbiyyat və sənət portalı

Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi qeyd ediləcək

Bölmə: Mədəniyyət 15.04.2016

Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, ilk tədbir aprelin 20-də baş tutacaq. Mədəniyyət və Turizm Nazirliyi rəsmilərinin, Azərbaycan Dövlət Musiqili Teatrı kollektivinin və Nəsibə Zeynalovanın yaxınlarının və doğmalarının iştirakı ilə çoxəsrlik zəngin mədəniyyət salnaməmizdə silinməz iz qoyan böyük sənətkar, bənzərsiz gülüş ustasının Fəxri xiyabandakı məzarı ziyarət ediləcək. Bu ilin noyabr ayında isə Azərbaycan Dövlət Musiqili Teatrında korifey sənətkarın yubiley gecəsi keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də “Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb.

Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda dünyaya göz açıb. Əslən bakılı olan atası Kərbəlayi Cahangir dövrünün tanınmış tacirlərindən biri və aktyor olub. İki yaşında ikən atasını itirən Nəsibə Zeynalova onun yolunu davam etdirərək aktyor peşəsini seçib və Azərbaycan teatr və kino sənətinin layiqli nümayəndələrindən biri kimi şöhrət qazanıb. Aktrisanın müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlar onun adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə həkk edib. Nəsibə Zeynalova 2004-cü il, martın 10-da Bakıda vəfat edib.