Elektron ədəbiyyat və sənət portalı

Səməd Vurğunun “Vaqif” dramının motivləri əsasında yeni tamaşa

Bölmə: Mədəniyyət 10.06.2016

Səhnə əsərində Qacar obrazını canlandıran Əməkdar artist Xanlar Həşimzadə tamaşanın maraqlı alındığını deyib: “Səməd Vurğunun “Vaqif” dramından fərqli olaraq, bu tamaşada Ağa Məhəmməd şah Qacar obrazı başqa səpkidə təqdim olunub. Səməd Vurğun “Vaqif”dəki Qacarı dövrə, zamana uyğun olaraq elə canlandırmışdı. O obraz Qacarın karikaturası idi. Təbii ki, Səməd Vurğunun əsərinin hansı zaman və şəraitdə yazıldığını nəzərə almaq lazımdır. Amma hər bir tarixi şəxsiyyətin yaxşı və pis cəhətləri, sözsüz ki, var. Mən daha müsbət Qacar yaratmağa çalışmışam”.

Qeyd edək ki, yeni tamaşaya Şəki Teatrının keçmiş rejissoru, hazırda Moskvada fəaliyyət göstərən “Dərviş” Teatrının rəhbəri Mərdan Feyzullayev quruluş verib.

Tamaşanın nəsrlə olan hissələrini Mərdan Feyzullayev, nəzmlə olan parçalarını isə Vaqif Aslan yazıb.

Səhnə əsərində Vaqif obrazını Əməkdar artist Əbülfət Salahov, Qacar obrazını Əməkdar artist Xanlar Həşimzadə ifa edir. Səhnə əsərində “Qarabağnamə”lərdən də istifadə edilib. Tamaşada maraqlı cəhətlərdən biri də, əsərdə qadın personajının olmamasıdır. Tamaşanın aktyor heyəti sırf kişilərdən təşkil edilib.

Şəki Teatrının kişi truppasının ifasında nümayiş etdirilən tamaşada Təlxək obrazını Əməkdar artist İqrar Salamov canlandırıb.