Page 73 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 73

indi elə tənhayam ki,
                         indi elə təkəm ki,
                         biri çağırsa adımı
                         diksinərəm səsindən
                         lənət olsun bu gecəyə
                         mən elə sərxoşam ki,
                         gəlsən, bir də viski al gəl,
                         beləəə...
                         lap yekəsindən,
                         Allah haqqı, darıxıram
                         qurban olum, qayıt gəl...


                         Gecə hələ yarı deyil                                            Şeirlər
                         siqaretim qurtarıb...
                         kimə deyim “siqaret ver”
                         axı mənim kimim var?
                         bilirəm ki, gələcəksən                                          Cəlil Cavanşir.
                         siqareti unutma
                         bircə qutu bəs eləyər
                         təki çıxım sabaha
                         sabah özüm də alaram...
                         vicdan haqqı, pulum var.
                         Allah haqqı, gicləyirəm
                         qurban olum, qayıt gəl...










                                                                                 73
   68   69   70   71   72   73   74   75   76   77   78