Page 122 - Əlifba
P. 122

İLIN FƏSİLLƏRİ


                     İlboyu fәsillәr bir-birini әvәz edir. Bu, tәbiәtin qanunudur. İlin dörd fәsli
                  var: yaz, yay, payız, qış. Hәr fәslin üç ayı var.























                                                 Biz sevirik ölkәmizin
                                                Hәr fәslini, әziz dostlar.
                                                 Bizim eldә gözәl olur,
                                             Hәm qarlı qış, hәm dә bahar.


                                                          Yaz

                     Yazda tәbiәt qış yuxusundan oyanır, qarlar әriyir, ağaclar tumurcuqlayır.
                  Payızda isti ölkәlәrә uçub gedәn quşlar geriyә dönür. Qarın altından boylanan

                  ilk çiçәk – novruzgülüdür. Sonra çöl lalәsi, bәnövşә vә nәrgizgülü açır. Yazda
                  ilk geri qayıdan quş – qaranquşdur.

                              Yaz
                     Bu nә gözәl әtirdi!
                     Külәk hardan gәtirdi?!

                     Gah gәlir çәmәn әtri,
                     Gah da yasәmәn әtri.
                     Dağda gül, düzәndә gül,
                     Gül sәriblәr elә bil.
                     Gülür göy biçәnәklәr,
                     Baharın nәfәsindәn
                     Әtirlәnib külәklәr.



                              Yaz ayları bunlardır: mart, aprel, may
                 122
   117   118   119   120   121   122   123   124   125   126   127