Page 105 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 105
Boğularam ac gözümün yaşında,
Gözüm olmaz acı, zəhər aşında.
Yaxşıların ürəyinin başında,
Yamanların harasında qalmışam...
Gözlər yoran yol uzanır ikili,
İki çocuq gözü mənə dikili.
Sıxır məni bu xaraba tikili:
İki daşın arasında qalmışam.
Ürəktutması
Var məndə ürəktutmaları – hər kəsə bəlli,
Ancaq səbəbin bilməyir heç kəs düzəməlli:
Saf qəlbim olub tək mənə dünyada təsəlli – Şeirlər
Daim bu səbədən onu tutdum ikiəlli...
Əvəz Qurbanlı.
Vaxt
Ümidim yox mənim axtardığımı tapmağıma,
Baxmamış fərz edirəm: “hər yana baxdım, yoxdu”.
Mənim axtardığım ancaq itirilmiş vaxtdı,
İşə bax: itkimi axtarmağa vaxtım yoxdu...
105