Page 101 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 101
Milli Savaş himni
Odur! Üçrəngli Vətən bayrağı qalxıb havaya,
Ruhumu orda şəhid ruhları səslər davaya!
Yetər artıq! Bu yolu burda dayandırmalıyıq,
Vətən uğrunda Savaş məşəli yandırmalıyıq!
Çağırır cəngə əsir torpağımın intizarı,
Getməsəm, çatladacaq qəlbimi qeyrət damarı!
Yurddaşım, bəsdi, məzar qazma daha, səngər qaz!
Yazmaq istərsən əgər başdaşıma – Tarix yaz!
Biz biz olsaq, gözünə göz yaşı yığmaz bu Vətən
Şeirlər
Cızılan gülməli sərhədlərə sığmaz bu Vətən!
Əvəz Qurbanlı.
Hazır ol – haqqı nahaqdan seçəcək bir savaşa,
Yolu tək Milli barışdan keçəcək bir savaşa!
Qarabağ – tarixi fürsətdə dönüş nöqtəsidir,
İrəvan – bayrağımın sancılacaq zirvəsidir!
Növbədə Urmiya, Təbriz, Dərbənd, Kərkük var!
Ölməyin vaxtı deyil, qaldıracaq çox yük var!
Yurddaşım, bəsdi, məzar qazma daha, səngər qaz!
Yazmaq istərsən əgər başdaşıma – Tarix yaz!
101