Page 141 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 141

Vətən borcu, övlad borcu… və… və…
                            Sonra cibimizdəki bank siçanları
                            Bütün sevincimizi gəmirdi…

                            Bizə hərəkət etməyi, yeriməyi
                            Borclarımız öyrətdi.
                            Bizə danışmağı dərd öyrətdi, dost…

                            Niyə oturmusan sönmüş sobanın dizi altında?
                            Qaldır başını, dostum,
                            Sən üşüyən adam deyilsən.
                            Hələ çöldə Novruz tonqalı yanır,
                            Ümidlərimizə bayram arzuları geydirmişik,
                            Qismətimizin qapısına hələ papaq atacağıq,
                            Hələ xəyallarımız bayram sovqatı gətirəcək bizə…             Şeirlər
                            Gileylənmə ki, pulun işığı azaldıqca
                            işıqpulu qaranlıqda qoyacaq bizi.
                            Eybi yox, biz romantik insanlarıq, dost.
                            Kasıblıq daha romantik görünür şam işığında                  Günay Ümid.
                            Qaldır başını, dostum,
                            Artıq nahar vaxtıdı,
                            Gəl oturaq, iki qismət söz yeyək.

















                                                                                141
   136   137   138   139   140   141   142   143   144   145   146