Page 143 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 143

Paltar


                            Yad paltarda keçən ömür
                            Allah bilir, hara axır.
                            Bu bədən həminkidirmi?
                            İçində ruhum darıxır.

                            Mən alanda təptəzəydi,
                            Bir-bir qırdım düymələri.
                            Öz ruhumun paltarına
                            Özüm vurdum döymələri.

                            Əzdim, ütüyə gəlmədi
                            Sonra kimsə tapdaladı.
                            Ətəyindən tutdu divlər,
                            O tüpürdü, bu yaladı.
                                                                                         Şeirlər
                            Düz sol döşümün altından
                            Sökülür, çürüyür indi.
                            Başdan-ayağa ləkədi
                            Yuya bilmirəm mən pinti.                                     Günel Şamilqızı.

                            Hanı bu paltarın rəngi?
                            Yazdı, qışdı bomboz qalıb.
                            Mən tikirəm, o sökülür
                            Elə sapım da az qalıb.

                            Bu yaşda bu qədər yamaq.
                            Ağırdı, iynəm, ağırdı.
                            Bu gün də yamaq vururdum,
                            Bu gün də Allah baxırdı.





                                                                                143
   138   139   140   141   142   143   144   145   146   147   148